Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyev Şuşanın əvvəlki tarixi - mədəni simasını özünə qaytardı

0

  •      Dillərdə tez-tez səslənən çox  önəmli bir siyasi fikir var , “Şuşa  kimə  məxsusdursa, Qarabağı da  o idarə edəcək". Dünyada böyük əks-sədaya səbəb olmuş, ll Qarabağ  müharibəsi Azərbaycan  xalqının  düşmən üzərində qələbəsi ilə nəticələnməsi sayəsində Qarabağın ürəyi sayılan, öz qədim tarixi füsunkarlığı, milli-mədəniyyətimizin  formalaşdığı gözəl məkanımız, doğma yurd yerimiz Şuşa  şəhəri də 28 ildən sonra öz azadlığına  qovuşdu.                                                    Düşmənin işğalda saxladığı  digər şəhər və kəndlərdə apardığı  vandallıq təcavüzkar siyasəti  Şuşa şəhərindən də yan  keçməmiş, erməni vəhşiləri bu  qədim şəhərin simasını dəyişməyə cəhd edərək şəhərdə  olan qədim tarixi  mədəniyyət  abidələrmizi dağıtmağa cəhd  etmişlər. Prezident Cənab İlham  Əliyevin qeyd etdiyi kimi “Düşmən Şuşanın simasını  dəyişməyə cəhd etsə də, bu doğma şəhər də 28 il ərzində   ayaqda qalmağı bacara bilmiş, öz milli uhunu bu günədək qoruyub saxlamışdır".                                                                                                    Orta əsrlərdən başlayaraq Şuşa şəhəri bir mədəniyyət  mərkəzi kimi formalaşmağa  başlamış hələ o zaman bu  ecazkar şəhərə XIX əsrdə  “Kiçik  Paris", “Şərqin Konservatoriyası" adlandırardılar.                                                                                                               Hələ Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə Şuşa şəhərində quruculuq işlərinin   aparılmasına göstəriş vermiş   burada bir çox mədəniyyət abidələri təmir olunmuş, klassik şairimiz Molla Pənah Vaqifin məqbərəsi ucaldılmış, qədim dövrə aid dini abidələrmiz,  məscidlərimiz təmir edilmişdir.                                                                                               Məhz 1982-ci ildə dahi rəhbər Heydər Əliyev Şuşa şəhərində Molla Pənah Vaqifin  şərəfinə keçirilən “Xarıbülbül” musiqi festivalında  iştirak  edərkən çıxışı  zamanı   bildirmişdir  ki, “Şuşasız  Qarabağ, Qarabağsız  isə  Azərbaycan yoxdur".                       Həqiqətən Şuşa şəhərinin   Azərbaycanlıların həyatında  özünəməxsus tarixi əhəmiyyəti var.                XVIII əsrin ortalarında  Qarabağ  xanı Pənahəli xan  tərəfindən əsası qoyulan Şuşa Azərbaycanın ən mühüm  şəhərlərindən birinə çevrilib. Bir müddət Pənahəli xanın şərəfinə bu şəhər “Pəhabad” sonradan isə “Şuşa qalası “ və “Şuşa" şəhəri  adlandırılmışdır.            44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Azərbaycan Ordusunun  rəşadəti sayəsində əldə edilən Zəfərimiz Şuşanı 28 ildən sonra yenidən Azərbaycan xalqına qaytardı. Müzəffər  Ordumuzun Ali Baş Komandanı  Prezident Cənab İlham Əliyev Şuşa  şəhərinə iki dəfə səfər etməsi bu şəhərə Zəfər yolunun çəkilməsi, şəhərin simasının  gözəlləşdirilməsinə  başlanılması hər bir Azərbaycanlının  qəlbində qürur hissi doğurdu. Prezident Cənab İlham Əliyev bu gözəl təbiəti olan şəhərin yenidən dirçəldilməsi üçün, bir sıra  Sərəncamların imzalanması hər  bir vətəndaşın xüsusilədə Şuşa sakinlərinin böyük sevinci ilə qarşılandı.                                                                            İndi Şuşa yenidən qurulur, burada abadlıq-quruculuq işləri  sürətlə aparılır. Bu yaxınlarda Şuşa şəhərində məktəb  tikintisi və su-kanalizasiya  təhcizat  sisteminin yenidən qurulması üçün  Prezident Cənəb İlham Əliyev tərəfindən vəsaitin  ayrılması  üçün  Sərəncam  imzalamışdır. Ən mühümü isə  Prezident Cənab İlham Əliyevin  Sərəncamına  əsasən, “Şuşa  şəhərinin Azərbaycan Mədəniyyətinin Paytaxtı" elan  edilməsi olmuşdur. Bu  Sərəncam  ölkəmizdə ictimaiyyət  tərəfindən  sevinclə qarşılanmışdır. Xatırladaq  ki,  Prezident Cənab  İlham Əliyev qürurla belə qeyd etmişdir,  “İyirmi səkkiz il yarım işğal  altında  olan Şuşa azad  edildi! Şuşa indi azaddır!  Biz Şuşaya  qayıtmışıq! Biz bu tarixi  Qələbəni döyüş meydanında qazandıq. 2020-ci ilin noyabrın 8-i  Azərbaycan  tarixində əbədi  qalacaqdır. Bu tarix əbədi  yaşayacaq. Bu, bizim şanlı  Qələbəmizin, zəfərimizin günüdür!.."                                                               Əbəs  yerə  Şuşanı  Qarabağın döyünən qəlbi  adlandırmırlar. Azərbaycanın  alınmaz qalası, mədəniyyət  məbədi olan bu qədim şəhər  özü  boyda tarixi abidədir. Şuşanın  yenidən bərpası dirçəldilməsi,  tarixi simasının qaytarılması  Qarabağın  döyünən  ürəyinin ,  regionun mədəniyyət  mərkəzinin  yenidən  dirçəldilməsi demək olacaq. Şuşa  əsrlərlə milli ruhumuzu  özündə  yaşadan  əsl  mədəniyyət  qalasıdır. Yaxın  günlərdə bu şəhərdə “Xarıbülbül" musiqi festivalı, “Vaqif Poeziya günləri" keçiriləcək, Şuşa mədəniyyət paytaxtımız olmaqla yanaşı, bütövlükdə Türk dünyasının əsl  mədəniyyət mərkəzinə çevriləcəkdir. Prezident İlham  Əliyev Şuşanı özümüzə qaytardı. İndi Şuşanın əvvəlki mədəni  tarixi siması özünə qaytarılır. Bu  dünyaya bir mesaj verdi  ki, Azərbaycan xalqı öz mədəniyyətinə tarixinə sahib  çıxmaq əzminə  qadirdir. Bundan  sonra  Şuşada  biz  yaşayacağıq, bu gözəl şəhəri yenidən dirçəldəcəyik, çünki, bu bizim  haqqımızdır. Bu mənada  Prezident  İlham Əliyevin Şuşanı  Azərbaycan mədəniyyətinin paytaxtı  elan etməsi  olduqca  mühüm qərardır. Dünya Azərbaycanın  mədəniyyət paytaxtının öz sahiblərinə  qaytarıldıqdan sonra necə  möhtəşəm şəkildə dəyişiləcəyini  görəcək. Sən azadsan, əziz  Şuşa! Biz qayıtmışıq! Səni  azadlığa qovuşduran cəsur  Azərbaycan Əsgərinə, sənin  ruhunu  özünə qaytaran, qayğına  qalan Ali Baş Komandan  Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minəttdarıq!.Tanrıya çox şükür, bundan sonra əbədi olaraq bu torpaqlarda  biz yaşayacağıq. İşğaldan  azad  olunmuş hər bir şəhərimizi, kəndlərimizi yenidən  abadlaşdıracağıq, doğma  Şuşamızı cənnət-məkana  döndərəcəyik .Bizə bu xoşbəxtliyi yaşadan  Prezidentimiz  və Əsgərlərimiz  var olsun!.Şəhidlərmizin ruhu qarşısında  baş əyirik!.Sən ey hər daşında  bir  tarix  gizlənmiş əziz Şuşa, bizim  yolumuzu səbirizliklə gözlə.   tezliklə biz qayıdacağıq!. Bundan sonra əbədi olaraq  Şuşada  biz yaşayacağıq!.Tamella Həsənova,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib58 dəfə
    Prezident İlham Əliyev Şuşanın əvvəlki tarixi mədəni simasını özünə qaytardı

    Maraqlı gələ bilər
    0
    166
    53
    56